"Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var".

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir: "Leyhinə və əleyhinə yazılar gedir və hesab edirəm ki, bunlara ehtiyac yoxdur. Allah Rəhmət eləsin. Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə, onun yaxınlarına, doğmalarında baş sağlığı verir və Allahdan Rəhmət diləyirəm".
S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: "Aldığım məlumata görə, Rövşən Lənkəranskinin xaricdə, xüsusən də Rusiyadakı azərbaycanlılara çox köməkliyi dəyib. İndi Rövşənin ölüm səbəblərinə görə hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb açılacaq. Bundan sonra ictimayyət məlumatlandırılacaq".