Alman model Gina-Lisa Lohfink 2012-ci ildə iki oğlanla seks videosunun internetdə yayılmasından sonra təcavüzə uğradığını bildirmişdi.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki,30 yaşlı model həmin oğlanları məhkəməyə vermişdi.
Məhkəmədə tərəflər dinlənildikdən sonra modelin yalan ifadə verdiyi və oğlanlarla öz istəyi ilə cinsi əlaqədə olduğu sübuta yetirilib. Buna görə də Lohfinkə 20 min avro dəyərində cərimə yazılıb.
Məşhur "Bild" qəzeti bu qərarı Lohfink üçün "acı zərbə" olaraq qiymətləndirib.