"Gülənçilər hər yerdə olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışırlar. Ancaq onların Azərbaycanda kök salması, Azərbaycanı öz təsiri altına alması qeyri-mümkündür.
Unikal.org bildirir ki, bunu AzNews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadənin fikrincə, Gülən hərəkatı heç bir halda Azərbaycan müstəqilliyini ələ keçirə bilməzlər: "Bəlkə də Azərbaycanda Gülən tərəfdarları var. Amma bununla yanaşı Azərbaycanda güclü dövlət quruluşu var. Azərbaycan xalqının müstəqil dövlət arzusu kifayət qədər güclüdür.