Rusiyanın "Rasiya" dövlət telekanalı hazırladığı 4 dəqiqəlik sujetdə Tükiyədə terrorçu elan edilən Fətullah Gülənin Azərbaycanda da çevriliş etmək istədiyini vurğulayıb.
Süjetdə Azərbaycan Fətullah Gülən tərəfdarlarına cinayət işi açıldığı qeyd olunur və bildirilir ki, Gülən Azərbaycanda AXCP sədri Əli Kərimlinin vasitəsi ilə çevriliş etmək istəyib.
Süjetdə Əli Kərimlinin tərəfdaşları ilə fətullahçılar arasında işbirliyinə dair faktlar yer alır. Belə ki, uzun illərdir Kərimlinin ən yaxın adamlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı adlı verilişi Türkiyədə FETÖ-nün nəzarəti altında olan telekanalda yayımlanmasını göstərir.
Süjet tanınmış jurnalist Eynulla Fətullayevin məqaləsi əsasında hazırlanıb.
Həmin reportajla aşağıdakı linkdə tanış ola bilərsiniz:
Məsələ barədə Unikal.org-a danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda kiminsə dövlət çevrilişi etmək iqtidarı yoxdur və ola da bilməz:

S.Novruzov bildirib ki, Əli Kərimli mitinqə gələn hər nəfərə görə xaricdən pul alır:
"Hər hansı addım atmaq üçün ümumi prinsipcə deyirəm, erməni lobbisindən pul alan Güləndən də pul ala bilər. Mitinqlər keçirilən vaxt biz gördük ki, xaricilər Əli Kərimlini çox izləyir. Mən onların əlində xəritə gördüm. Bakı küçələrinin xəritəsi idi. Xarici vətəndaşın yanında Əli Kərimlinin adamı dayanmışdı. O ingilis dilində xariciyə vasitəsilə göstərirdi ki, bu küçədən 70 nəfər, digər küçədən 100 nəfər gələcək. Bunlar mitinqə gələn hər bir nəfərə görə xaricdən maliyyə yardımı alırlar.
Ona görə də Əli Kərimli çox vaxt mitinqləri əhalinin gur yerinə salmaq istəyir. Misal üçün hazırda Fəvvarələr Meydanında 2-3 min adam var. 25-30 gəncin həmin insan kütləsi arasında şəkilini çəkib xaricdəki adamlarına göstərir, pul alırlar. Budur, bunların məqsədi.