Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə səfirlik rəsmi "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə 73 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.

Azərbaycanın İtaliyadakı səfirliyi Azərbaycan vətəndaşların ölən və yaralanan arasında olub-olmaması məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.