Türkiyənin məşhur müğənnisi Işın Karaca önəmli qərar verib. Belə ki, tanınan müğənni son zamanlar ölkəsində baş verən terror hadisələri üzündən konsertlərini təxirə salıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Karaca sosial şəbəkədəki şəxsi profili vasitəsi ilə verdiyi açıqlamada Ankara və Çatalcada planlaşdırılan konsertlərinin təxirə salındığını elan edib.
Qeyd edək ki, bu cür Işın Karaca bu cür addım atan ilk müğənni deyil. Daha öncə də bir neçə müğənni konsertlərini təxirə salıb.
Qeyd edək ki, 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd hadisələrində sonra PKK terror təşkilatı aktivliyini daha da artırıb. Hər gün Türkiyənin bir bölgəsində şəhid xəbərləri gəlməkdə davam edir.