Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.
Ötən gün axşam saatlarında Göyçay rayonunda toy mərasimində kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərdən 37 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 5 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin şəxslərin meyvə şirəsindən zəhərləndikləri güman olunur. Rayon mərkəzi xəstəxanasından aldığımız son məlumata görə, zəhərlənmə diaqnozu ilə daxil olan bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
Toyda kütləvi zəhərlənmə olub, 42 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə ötən gün axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində baş verib. Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib. Onlar qəfil yaranan qızdırma, ürəkbulanma və qusma əlamətləri ilə xəstəxanaya çatdırılıblar.
Qidadan zəhərlənən şəxslərdən 37 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 5 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları toy mərasiminin keçirildiyi yerə baş çəkiblər. Zərərçəkənlərdən 6 nəfər axşam saatlarında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bu gün günün 2-ci yarısında isə bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb. Rayon Gigiyenə və epidemiologiya mərkəzindən verilən məlumata görə, kütləvi zəhərlənməyə səbəb olan meyvə şirələrindən yoxlama üçün götürülən nümunələrin cavabları hələ ki bəlli deyil. Faktla bağlı araşdırma aparılır.