Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Çingiz Əhmədov modern.az saytına müsahibə verib.
Unikal.org sözügedən sayta istinadən müsahibəni təqdim edir:
-"Lider" TV-də yeni layihəyə başlamısınız. Üstəgəl aktyorsunuz. Bir sözlə, işiniz çoxdur. Buna baxmayaraq, gümrah görünürsünüz.
-Doğrudan deyirsiniz?
-Demək olar ki...
-Şükürlər olsun. Həmişə şəhərə çıxanda, el şənliklərində, konsert salonlarında olanda çalışırıq ki, rahat olaq. Mən bunu böyük sənətkarlarımızdan öyrənmişəm. Bəzən nə qədər qəmli olsaq da, çalışırıq ki, bu simanı tamaşaçıya göstərməyək. Buna görə dəhəmişə gümrah görünməyə, rahat olmağa çalışırıq.
-15-20 il bundan əvvəlki Çingiz Əhmədovla bugünkü arasında əsaslı dəyişiklik var? Söhbət dünyagörüşündən gedir.
-Əlbəttə. Yaş öz işini görür. Cavanlıq, gənclik, şıltaqlıq dövrü tamam başqa ab-havada qaldı. Yaş öz işini gördükcə, insan bir az da ağırlaşır, sanballaşır. İnsan çalışır ki, ildən-ilə dəyişsə də, yaxşı formada qalsın. Biz sənət adamıyıq. Demək olar ki, xalq üçün yaşayırıq. Sonra ailə üçün. Daha sonra isə yaxşı dostlar üçün yaşayırıq. Mənim dünyagörüşümdə dəyişikliklər var. Bayaq dediyim şıltaqlıq gedib, amma hələ ki gümrahlığımı saxlaya bilirəm. Elə də yaşım yoxdur, çox da qoca deyiləm. 53 yaşım var.
-Şıltaqlıq deyərkən nəyi nəzərdə tutdunuz?
- Mən düşünürəm ki, aktyor komplekssiz olmalıdır. Belə başa düşdüm ki, sizdə güclü kompleks yaranıb. Buna görə də, səhnədə qadın paltarı geyməkdən çəkinmisiniz.
-Azərbaycanda ilk dəfə sizinlə Rəhman Rəhmanov duet formatında komediyanı ərsəyə gətirmisiniz. Sizdən sonra da başqaları bunu davam etdirdilər. Siz sonrakıları necə dəyərləndirirsiniz? Bir məktəbin davamı, yoxsa təqlid?
-Biz təmiz başqa istiqamətdə idik. İndi kimlər necə edir-etsinlər. Qəmləri kəm olsun. Mən o insanlarla danışa bilərəm ki, dövlət teatrlarında işləsinlər. Çünki teatr başqa bir aləmdir. Mənim işlədiyim teatra gəlin, tamaşalara baxın. Çox fərqli-fərqli şeylərin olduğunu görəcəksiniz. Siz televiziyanı teatra qatmayın. Televiziya aktyoru ilə teatr aktyoru arasında böyük fərq qoyuram. Televiziya aktyorlarına "birdəfəlik şpris" deyirlər. Gəldi, getdi, vəssalam. Amma teatr, sənət başqa aləmdir. Teatr, səhnə isə məbəddir. Səhnədə oynamaq, səhnəni doldurmaq, tamaşaçı rəğbəti, alqış qazanmaq başqa bir şeydir.
-O zaman sualı belə qoyum. Sizdən sonra duet şəklində çıxış edənlər xoşunuza gəldimi? Onlar sizi güldürə bildimi?
-Yaxşı yazar olanda, material yaxşı olanda, adam nəyəsə baxar. Amma "çevir tatı, vur tatı" ilə konsert verib nəyinsə xatirinə pul qazanmaqdan qaçıram.
-Kimləri nəzərdə tutursunuz?
-Bildim. Yəni belə düşünürsünüz ki, bu gün televiziyada tamaşaçı rəğbəti, müəyyən mənada tamaşaçılarda qıcıq yaradan aktyorlar teatrda özlərini doğrulda bilməz?
-Siz ad çəkmədiniz. Amma istər-istəməz mənim ağlıma bir tamaşaçı kimi Rafael İsgəndərovla Coşqun Rəhimov gəldi...
-Xeyr. Rafaellə Coşqun başqa yolu gedirlər, onlar bundan sonra heç teatra da gələ bilməzlər.
-Onlar sizi güldürə bilirlər?
-Siz niyə məhz onlar haqqında danışırsınız? Mən onları yaxın buraxmıram da. Sizə deyirəm ki, teatr aktyorlarından danışsanız, cavablar verərəm.
-Söhbət əsnasında sual yaranır.
-Buna ehtiyac yoxdur. Onlar mənim qabağımda uşaqdırlar.
-"Bu şəhərdə", "Planet Parni iz Baku" da sizi güldürə bilmir?
-Mən onların heç birinə baxa bilmirəm. Mən hətta onların konsertlərinə də getmirəm. Onların heç bir konsertində oturmamışam.
-Bir az tarixə ekskursiya edək. Gəncliyinizdə sizi hind kinosunun məşhur obrazlarından olan "Cimi" ilə müqayisə ediblər. Bildiyimə görə, çox qız məhz elə buna görə sizə vurulub.
-O illərdə qızlar Rafael Dadaşovla məni çox istəyirdilər. Həqiqətən... 1979-cu ildə məni 5 illik müqavilə ilə Hindistana da aparmaq istəyirdilər. Rəhmətlik anam isə məni Hindistana getməyə qoymadı. O zamanlar Dövlət Televiziyasına Pakistandan, Hindistandan, Rusiyadan, Polşadan rejissorlar gəlmişdilər. "Telefilm"in direktoru Nazim Abbasov məni çağırdı. Dedi ki, bunlar səni görüblər, aparmaq istəyirlər. Evə zəng edib anama deyən kimio ağladı. Dedim ki, "ay ana, hələ getmirəm, amma təklif var". Cavabı belə oldu ki, "səni heç yana buraxan deyiləm".
-Heyfsilənirsiniz?
-Təəssüflənmirəm. Hindistanın "Cimi"si, Azərbaycanın da Çinası var.
-Səhv etmirəmsə, bədii filmlərdə çox da rol almamısınız.
-Bəli. Mənim cavanlıq illərim gərgin vaxtlara, 1990-cı illərə düşdüyü üçün çox filmə çəkilə bilmədim. Ancaq "Sənli və sənsiz", "İtkin gəlin" seriallarında rol oynamışam. Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Ömrün bahar anları" filmində yaxşı bir rolum var idi. Mən sonradan eşitdim ki, o filmi yandırıblar.
-Bu gün yerli seriallar çəkilir. Rol üçün dəvət alırsınız?
-Hiss edirəm ki, maddiyyata çox meyl etmədiyinizə görəteatrı üstün tutmusunuz. Ancaq insanı bu həyatda saxlayan əsas qüvvələrdən biri də maddiyyatdır. Heç olubmu ki, maaş azlığından işinizi buraxıb özünüzü tamam başqa sahədə sınamaq istəyəsiniz?
-1990-cı illərdə sənəti atmaq istəyirdim. Həyat yoldaşım bu qərarımla razılaşmadı. Dedi ki, sənin gül kimi sənətin var. Özlüyümdə fikirləşdim ki, düz deyir. Düşündüm ki, məsələn, özümü ticarətdə sınaya bilmərəm. Çünki ya məni aldadarlar, ya da "yanaram". Fikirləşdim ki, o işlər mənlik deyil, biz elə xalqa məxsusuq.
-Bəlkə də, adını çəkəcəyim şəxs bu fikrimi bəyənməyəcək, ya da inciyəcək. Mən bir tamaşaçı kimi Cahangir Novruzovu bəyənə bilmirəm. Bilmirəm, bəlkə də bu, həqiqətən aktyorluq sənətini dərin bilməməyindən qaynaqlanır. Ya da həqiqətən Cahangir müəllimöz aktyorluq hisslərini mənə sirayət etdirə bilmir.
-Cahangir Novruzov aktyorluqdan qabaq güclü rejissor olub. Mən müqayisə edəndə rejissor kimi Cahangir Novruzovu üstün tuturam. Onun "Ordan-burdan"ı necədir? Təsəvvür edin ki, Cahangir Novruzov həmişə Siyavuş Aslanla rəqib olub. Bəlkə də, siz gənc olduğunuza görə, bunu duya bilmirsiniz. Amma ahıl yaşda olan insanlar var ki, Cahangir Novruzovu çox sevirlər. Obu gün də hansısa tamaşanı səhnələşdirsə, uğurlu alınacaq. Cahangir Novruzov aktyordan çox, güclü rejissordur.
-Azərbaycan kino tarixinin qaymaqları sovet dövründə ərsəyə gəlib. Ən çox hansı filmlər sizə dərin təsir bağışlayıb?
-"Arxadan vurulan zərbə", "Axırıncı aşırım", "Uşaqlığın son gecəsi", Əliağa Ağayevin iştirak etdiyi bütün filmlər və digərləri...
-Bu gün komediya filmlərində, konsertlərdə vulqar sözlərdən də istifadə edilir. Tamaşaçını bununla güldürürlər. Bir də "Hicran" tamaşasını götürək. Tamaşaçı burada vulqar sözlər eşitmir, amma gülə bilir. Aktyorlar öz qabiliyyətləri ilə baxanları gülüşə qərq edirlər...
-Nə demək istədiyinizi başa düşdüm. Ona görə bayaq sizə dedim ki, sizin mənim tamaşalarımdan anlayışınız yoxdur. Siz tamaşaya baxandan sonra müqayisə edə bilərdiniz ki, bu adam doğrudan da rolu yaxşı oynayıb. İmprovizələr yerində olub. O tamaşalarıma gəlib baxıb, mənimlə müsahibə etsəydiniz, əla olardı. "Hicran"a gəlincə... Həmin tamaşada 3 nəhəng oynayıb. Özü də Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov o tamaşa çəkilərkən bir-birləri ilə danışmayıblar. Küsülü vəziyyətdə görün nə gözəl öhdəsindən gəliblər! İndi də baxılır, sevilir. Baxılacaq da. O tamaşa əsl əsərdir.
-SSRİ zamanında senzura var idi, hər bir əsər, hər bir kino senzuradan keçəndən sonra efirə verilirdi. Bu gün o basqılar yoxdur. Amma təəssüflər olsun ki, nəticə adekvat deyil. Niyə indiki vaxtda nə qədər çalışsalar da, sovet dönəmindəki kimi kino çəkə bilmirlər?
-Bəs Çingiz Əhmədovun özünə replika atanlar olurmu?
-Məsələn, harada?
-Efirdə, öz çevrənizdə.
-Dostlarımla oturanda nəsə deyirlər. Amma efirdə mənə replika atan olmayıb. Çünkimonopoliya öz əlimdədir. Mən özümü o səviyyəyə salmıram ki, kiminsə xətrinə dəyim və mənə söz atsınlar.
-ANS-də "Toylar kralı" verilişini aparırdınız. Belə eşitmişəm ki, verilişdən sonra davalar çox olub.
-Elə bir şey olmayıb. Verilişdən sonra söz-söhbət olmurdu. Əksinə, zəng edib deyirdilər ki, çox maraqlı verilişdir.
-Tamadalıq da edirsiniz...
-Bəli. Lakin hər yerə getmirəm. Sanballılığı saxlayıram. Ayda 1-2 dənə səliqəli, adıma layiq yerlərə gedib masabəyilik edirəm. Bəzən kimsə deyir ki, anam əhd edib ki, Çingiz bizim toyu aparsın. Elə vaxt olur ki, tamaşalarımı üstün tuturam, toylara getmirəm.
-Qazancınız yetərincədir?
-Ayda 500 manat prezident mükafatı alıram. Bu da bir il ərzindədir. Teatr maaşım 250 manatdır. 60 manat da əməkdar artistliyə görə alıram. Şükür Allaha, qazanımız qaynayır. Dostlarımızın qabağına çıxa bilirik.
-Siz məni teatra gedib tamaşalarınıza baxmadığınıza görə qınadınız. Düz də elədiniz, etiraz etmirəm...
-Bəli, qınayıram. Çünki sizin mənimlə söhbət etmək üçün teatrdan anlayışınız yoxdur.
-Söhbəti elə bu cür də yazacağam. (Gülürük). Sizin ixtisasınız da, fəaliyyətiniz də aktyorluqdur. Mən başqa şey demək istəyirdim. Bu gün siz qəbul etsəniz də, etməsəniz də, televiziyaya çıxan aktyorlar daha çox tanınırlar. Mən o iddiada deyiləm ki, hamısı istedadlıdır, mükəmməldir. Ancaq acı da olsa gerçəklik budur ki, sırf televiziyada olan aktyorlar daha çox populyarlıq qazanırlar.
-Mən də bir sponsor taparam, orada dayanaram, televiziyada tamaşaçı ilə oynaya bilərəm. Mən elə şeylərdən qaçıram, səviyyəli tamaşalara çıxmaq lazımdır. Yalnız "çevir tatı, vur tatı" ilə yola vermək olmaz. Məni onsuz da tanıyan tanıyır. Mənim tamaşaçım məni qane edir. Mən teatrda səhnəyə çıxanda alqışlarla qarşılanıramsa, bu, ən böyük xoşbəxtlikdir.
-Siz "Mozalan"da da çəkilmisiniz. Təklif haradan gəlmişdi?
-Sovet dönəmi idi. 1986-1988-ci illərdə ütü qıtlığı idi. Bununla bağlı bir ssenari yazılmışdı. Rəşid Behbudovun bacısı Nəcibə Behbudova ilə məni dəvət etdilər, ssenarini oxuduq. Gördüm ki, maraqlıdır. Bunu mənimsəyəndən sonra rolu oynamağa başladıq. Maraqlı alınmışdı.
-Köhnə Hindistan filmləri Azərbaycan tamaşaçasını çox ağladıb. "Daş və Çiçək", "Qisas və qanun", "Bobbi" və s...
-Nə yaxşı, onlara baxmısınız?
-Klassik hind filmlərinə çox baxmışam. Təzələrə isə baxa bilmirəm.
-Təzələr yeyilmədiyi kimi, bizim də yeni filmlər yeyilmir.
-Yəni, o filmlər Azərbaycan tamaşaçısını göz yaşlarına qərq edib. Çingiz Əhmədov da heç köhnə hind filmlərinə baxanda ağlayıbmı?
-Mən həmişə, içimdə ağlamışam. Qəmim də, kədərim də daxilimdə olub, onu heç zaman büruzə verməmişəm.
-Bayaq toya getməyinizdən danışdınız. Toy mədəniyyətimiz çoxmi aşınıb?
-Bu dəqiqə hər şey cılızlaşıb. Çalışıram ki, məsafə saxlayım. Bir daha deyirəm ki, hər toya getmirəm.
-Müasir dövrdəki Azərbaycan müğənnilərinin ifaları zövqünüzü oxşaya bilirmi?
-Həmişə, rəhmətlik Hüseynağa Hadiyev, dəyərli sənətkarımız Sabir Əliyevə qulaq asa bilirəm. Anatollu Qəniyev, Oqtay Ağayev, Rəşid Behbudovu çox bəyənirəm. Onlar etalondur.
-Mən müasirlərini dedim.
-Müasirləri bəyənə bilmirəm. İndikilər "çevir tatı, vur tatı"dır. Bəlkə də "Toylar kralı", "Xalqın artisti" verilişlərində o qədər bayağı mahnılar eşitmişəm ki, bundan ləzzət ala bilmirəm. Onlar sadəcə SMS yarışı, oyun idi.
-İlhamə Quluyeva rəhmətə gedib. Onun şəxsiyyətini qətiyyən müzakirə etmək niyyətim yoxdur. Onun ifaları məni başqa dünyaya aparırdı. Oxuduğu mahnıları siz də xoşlayırdınız?
-Allah İlhamə Quliyevaya rəhmət eləsin. O da, Flora Kərimova da dəyərli sənətkarlarımızdır. Onların hər ikisini çox istəmişəm. Flora xanım da, İlhamə xanım da mənim verilişlərimdə ayrı-ayrılıqda qonaq olublar. Onlara necə qulaq asmamaq olar?!
-Çox eşidirik ki, aktyorlar, sənət adamları mütaliəyə meylli olmurlar. Bəs siz necə?
-Arada vaxtım olanda çalışıram ki, nəsə mütaliə edim. Bizim mütaliəmiz ona görə çətindir ki, teatrda məşqlərə çox vaxt sərf edirik. Evdə boş olanda da məşqlər edirik. Aktyorları az mütaliə etdiyinə görə qınamaq olmaz. Onların işi həddindən artıq çoxdur.
-Bayaq məni ittiham etdiniz və bir daha deyirəm ki, düz də etdiniz. Sizinlə razıyam. Amma indi icazə verin, mən sizə belə bir sual verim. Azərbaycan ədəbiyyatında pyeslər yazan dramaturqlar olub. Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı və s. Onların hansısa dram əsərini oxumusunuz?
-İlyas Əfəndiyevdən oxumuşam. Onun "Mahnı dağlarda qaldı" əsərindəki Əsgər obrazını canlandırmışam. İsi Məlikzadənin əsərlərindən oxumuşam.
-Klassiklərdən necə? Məsələn, Cəfər Cabbarlı.
-Cəfər Cabbarlı etalon olub, böyük sənətkardır.
-Hansı əsərini oxumusunuz?
-Məktəb illərində oxumuşam.
-Adlarını çəkə bilərsiniz?
-Yadımdan çıxıb.
-Siz məni kəskin qınadığınıza görə, mən də kontr-arqument ortaya qoydum. Güman edirəm ki, incimədiniz.
-(Gülürük). İndi ildən-ilə maraqlı yazarların sayı artır. Maraqlı ssenarilər gətirirlər. Bizim teatr çalışır ki, dəyərli, peşəkarların əsərlərinə müraciət etsin.
-2 övladınız var. Bir qız, bir oğlan.
-Ata-oğul aktyorsunuz. Bu, ailədaxilində rəqabətə gətirib çıxarır?
-Hələ ki, yox. Allah hamıya qismət etsin.
-Yoldaşınız hüquqşünasdır. Aktyorluq və hüquqşünaslıq arasında çox böyük fərq var.
-Balans çox böyükdür. Həmişə xanımıma minnətdaram ki, övladlarımın tərbiyəsi ilə məşğul olub. Mən ancaq uşaqları məktəbə qoyurdum, sonra gedib götürürdüm. Müəllimlər bilmirdilər ki, onlar mənim övladlarımdır.
-Bu balansı necə pozub onunla evləndiniz?
-Qaynatam qızını mənə vermək istəmirdi. Deyirdi ki, aktyor hara, hüquqşünas hara. Mən isə dirəniş göstərdim. Teatr rəhbərliyim də, məni tanıyan başqaları da bilirlər ki, həyatda çox ciddi adamam. Evin tərbiyəsi, ailənin tərbiyəsi tamam başqa bir aləmdir. Evdə həm böyüksən, həm sənin sözün keçir. Sözsüz ki, bu, qarşılıqlı olmalıdır. Mən hərdən çaşıram. Yoldaşım isə deyir ki, bəlkə, bunu belə edəsən?! O deyənləri edirəm və görürəm ki, düz deyir. 26 ildir ki, ailəliyik. Bu vaxta qədər bir dedi-qodu olmayıb. Ona heç zaman əl qaldırmamışam. Nə də o artıq bir söz işlədib. Ümumiyyətlə, qadına əl qaldırmazlar. Bizdə hər şey qaydasındadır.
-Söhbət boyunca diqqət etdim. Danışanda dini ifadələrdən çox istifadə edirsiniz. Deyəsən, dindarsınız.
-Namaz qılıram. Bax elə indi də namazın vaxtıdır.
-Nə zamandan namaza başladınız?
-1 il 3 aydır ki, namaz qılıram.
-Buna sizi nə vadar etdi?
-Mənim bir dostum var. Hacıdır. Onun yanına gedib-gəlirdim. Görürdüm ki, onlar gedib dəstəmaz alır, namaz qılır. Özüm-özlüyümdə gördüm ki, onlar gedir, mən tək otururam. Dedim ki, belə alınmayacaq. Sual verdim ki, hacı, olar mən də dəstəmaz alım? Dedi, dur gəl. Bununla da namaza başladım. Bu, Allahın işidir. Hər kəs alnını möhürə qoymalıdır. Allaha səcdəyə getməlidir. Şükürlər olsun ki, bu gün o yolu seçmişəm.