"Konstitusiya dəyişikliyindən sonra Nazirlər Kabinetinin buraxılması ehtimalı var.
Unikal.org bildirir ki, bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, konstitusiya dəyişikliyində daha çevik bir mexanizmin yaradılması nəzərdə tutulub: "Burada əsas məsələ çevik bir mexanizmin yaradılmasıdır. Amma Nazirlər Kabineti bir institut kimi ləğv olunmur. Əvvəlki institutların əksəriyyəti qalacaq.
Deputatın fikrincə, konstitusiya dəyişikliyi Azərbaycanda iqtisadi-islahatların sürətlənməsinə böyük təkan verəcək: "Prezident tərəfindən həyata keçirilən iqtisadi-islahatların səlahiyyətli şəxslər tərəfindən daha effektiv həyata keçirilməsi və nəzarət altında olması nəzərdə tutulur. Hər halda daha çox iqtisadi-islahatlar baxımından faydalı yeniliklər gözləyirəm. Qalan məsələlər isə təbii ki, insan haqlarının qorunması və başqa mülahizələrlə bağlı müsbət fikirlər söyləmək olar. Hər halda gedişatı gözləmək lazımdır. Ümid edirəm ki, yeni dəyişikliklərdə effektli nəticələr ola bilər.