Şəmkirdə bıçaqlanma olub. Unikal.org APA-ya istinadən xəbər verir ki,, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən M. Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır