Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunun yeni iş yeri məlum olub.
Unikal.org report-a istinadən bildirir ki, diplomat bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək.
Qeyd edək ki, 2012-ci ilin sentyabrın 24-dən Türkiyənin Azərbaycandakı səfiri olan İ.A.Coşqunun səlahiyyət müddəti başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.