Türkiyədə Bosfor boğazı üzərində "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub.
Unikal.org-un Trend-ə istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iştirak ediblər.
Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir.
Körpü üzrə gediş haqqı 3 dollar təşkil edəcək.
Layihənin dəyəri 3 milyard dollardır.