Nepalın mərkəzi bölgəsində sərnişin avtobusunun çaya düşməsi nəticəsində 20 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, qəzaya düşən avtobusda 39 sərnişin olub.
Yol qəzası nəticəsində sürücü daxil olmaqla 2 nəfərin itkin düşdüyü bildirilir.
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.