Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində "İhlas Holding"in baş icraçı direktoru Cahit Paksoy həbs olunub.
Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şirkət rəhbəri Fətullah Gülənə maliyyə yardımı göstərməkdə təqsirli bilinir.
Cahit Paksoyla yanaşı 17 nəfər də həbs olunub. 18 nəfər "terror təşkilatına üzv olmaq, terror təşkilatına maliyyələşdirilməsini təmin etmək və çirkli pulların yuyulmasında da günahlandırılıblar.
Prokurorluğun göstərişiylə Akfa Holdinq İdarə Heyətinin sədri Fatih Aktaşın da arasında olduğu 84 nəfər də nəzarətə alındıqdan sonra Akfa Holdinq və 44 törəmə şirkəti ilə A-101 marketlər zəncirində axtarışa və əmlakının üzərinə həbs qoyulması əməliyyatı başladılıb.İhlas Holdinq AŞ-dən verilən yazılı izahatda bildirilib ki, Cahit Paksoyun həbsinin şirkətlə əlaqəsi yoxdur: "Cahit Paksoy şirkətimizə 18.04.2016 -cı ildə işə başlayıb vəxəbərdəki iddia da həmin dövrü əhatə etmir.