Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsi paytaxtın şimal-şərqində yerləşən anbarda baş vermiş yanğın nəticəsində 16 nəfərin həlak olması iləbağlı məlumatı təsdiqləyib.
Unikal.org xəbər verir ki, bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Yanğının söndürülməsi zamanı xilasedicilər alovun tam ağuşuna aldığı və içərisinə girməyin mümkünsüz olduğu məkan görüblər. Nəticədə divarı sökərək həmin yerə daxil olan xilasedicilər içəridə 16 nəfərin cəsədini aşkar ediblər", - FHN-in mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin hadisə ilə bağlı "Twitter" səhifəsində şərh verib.
"Paytaxtın sənaye bölgəsində Altufyevskoe keçəsində yanğın baş verib. Təəssüf ki, çox sayda itki var. Hüquq-mühafizə orqanları ilə birgə başverənləri araşdıracağıq."- mer yazıb.