Xəbər verdiyimiz kimi, müğənni Sevda Sanəliyeva ikinci dəfə ana olub.

Unikal.org-un məlumatına görə, ifaçının xəstəxanadan fotosunu aparıcı Lalə Əlimuxtarova paylaşıb.

O bildirib ki, S.Sanəliyevanın qızı dünyaya gəlib. Körpəyə Leyla adını qoyublar. 

Qeyd edək ki, qız anası olan Sevda "İnstaqram"da paylaşım edərək "Şükürlər olsun" yazmışdı.
2014-cü ilin iyununda özünə gizli toy edən S.Sanəliyevanın bir oğlan övladı var.