Türkiyədə polis qadınlara hicab geyinməyə icazə verilib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, qərara əsasən, qadın əməkdaşlar polis uniformasına aid baş örtüyünün altından hicab geyinə biləcəklər. Qaydalara görə, hicabın rəngi uniformanın rənginə uyğun və naxışsız olmalıdır.
Qeyd edək ki, 1923-cü il - Türkiyə Cümhuriyyətinin yaranmasından sonra məmurlara tətbiq olunan hicab qadağası 2013-cü ildə ləğv edilib.