Türkiyə almaniyalı deputatların "İncirlik aviabazasına gözlənilən səfərlə bağlı Almaniya hökumətinə ultimatum verib.
Unikal.org APA-ya istinadən bildirir ki, bu barədə "Der Spiegel nəşri məlumat yayıb.
Məlumata görə, Ankara iyun ayından etibarən almaniyalı deputatlardan ibarət nümayəndə heyətinin aviabazaya səfər etməsinə icazə vermir. Qeyd edək İŞİD-ə qarşı mübarizə aparan bundesver qüvvələri "İncirlik bazasında yerləşdirilib.
"Der Spiegel qeyd edir ki, Türkiyə tərəfi Almaniya hökumətinin Bundestaqın qəbul etdiyi uydurma "erməni soyqırımının tanınması barədə qətnaməsindən uzaq duracağı təqdirdə, nümayəndə heyətinə "İncirlik bazasına səfər etməsinə icazə verəcək.
"Biz Bundestaqın bu cür qərar qəbul etməsi faktı ilə yaşaya bilərik. Lakin Almaniya hökuməti qətnamədəki soyqırımı termininin hüquqi mənasının olmamasına dair rəsmi açıqlama verməlidir, - deyə adı çəkilməyən yüksəkvəzifəli türkiyəli diplomat bildirib.
Nəşr qeyd edir ki, Almaniya XİN-i hazırda tələsik bütün tərəfləri qane edə biləcək qərar tapmağa çalışır.
Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixael Rot bu həftə Türkiyəyə etdiyi səfəri zamanı çıxışında bildirib ki, Bundestaqın qətnaməsində 1915-ci il hadisələri ilə bağlı Almaniyanın məsuliyyət daşıması ifadəsi əks olunub. O qeyd edib ki, sənəd heç də Türkiyənin hazırkı hakimiyyətinə qarşı yönəlməyib, söhbət almanların günahkar olmasını qəbul etməsindən gedir.
"Der Spiegel bu cür jestlərin Ankara üçün qeyri-qənaətbəxş olduğunu qeyd edir: "Ankara Almaniya hökumətindən müvafiq bəyanatı ən yüksək səviyyədə - kansler və ya XİN rəhbəri səviyyəsində səsləndirməsini tələb edir.