Əli Kərimliyə çağırış edildi

Elman Türkoğlu: "Əgər kişiliyin varsa, gəl debata..."

Elman Türkoğlu AXCP sədri Əli Kərimlini debata çağırıb.
"Unikal"ın məlumatına görə, E.Türkoğlu bu barədə sosial şəbəkədə status yazıb. O, Əli Kərimli ilə arasındakı anlaşılmazlığa son qoymaq üçün bu addımı atdığını deyib: "Bütün teklekanallarda canlı yayımda, saytlarda və qəzetlərdə satqın, xəyanətkar, DTK-nın agenti, komsomolçu, gecələr iqtidar, gündüzlər müxalifət, Qərbin və Avropanın, Tehranın, rusların, erməni dığalarının, fransızların, ingilislərin "sukası" olan, özünün xarici tərəfdarlarıyla müxalifətə, iqtidara, Azərbaycan və türk dövlətçiliyinə hər tərəfdən zərbələr vurmaq istəyən bir qrup simasız quldurların manqa başçısı, yeddi nəfərin qatili, öz mundar ad günündə dədəm Elçibəyi zəhərləyən, iblisi şeytan, damarlarında erməni qanı axan Əli Kərimoviçi dialoqa çağırıram. Əgər onda yarım misqal kişilik vara, gəlsin mənimlə dialoqa və bütün yaramazlıqlara son qoyaq. İblisi şeytan, damarlarında erməni qanı axan Əli Kərimoviç gəl mənimlə dialoqa! Qoy bütün 157 milyonluq Azərbaycan türkləri və bir milyarddan çox olan türk dünyası bilsin ki, sən kimsən və günahkar sənsən, yoxsa mən?
Özün üstumə xoruz kimi banladığın kimi, etrafında olan bicbalalarıda üstüme xoruz kimi banlatma ve gel telekanalarda canlı yayımda buna son qoyaq! Əgər gəlməsən, mən bilirəm buna necə son qoymaq lazımdır. Çünki, gec tez səndən qisasımı alacam. Qana Qandır!" – deyə E.Türkoğlu vurğulayıb.
Elvin