Rusiya Silahlı Qüvvələrinin böyük ordu və hərbi donanma birlikləri Cənubi Qafqaz Hərbi Dairəsinin poliqonlarına və operativ aerodromlarına yığılır.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamentindən verilən məlumata görə, məqsəd qoşun növləri arasındakı qruplaşmaların operativ istiqamətlərdəki döyüş heyətlərinin gücləndirilməsidir.

Motoatıcı, tank və artilleriya birləşmələri, habelə Hava-Kosmik və Hava-Desant Qüvvələrinin, Şimal Hərbi Donanmasının aviasiyası Cənubi Qafqaza yığılır.

Əməliyyat Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlıq səviyyəsinin qəfil təftişi çərçivəsində aparılır. Təftiş avqustun 31-dək davam edəcək.

Təftişin əsas məqsədi sentyabrda başlanacaq "Qafqaz-2016" strateji təlimlərinə hazırlıqdır.