Vergi orqanları tərəfindən çox ciddi tədbirlər görülür
11:02 11-02-2016
CƏMİYYƏT
Nazir müavini: "Bütün sahələri vergidən azad etsək, vergilər haradan daxil olacaq?"
Bu ilin yanvarın 1-ə Azərbaycanda vergi borclarının məbləği təxminən 2,4 milyard manat təşkil edir. Bu barədə jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavinin sözlərinə görə, bu məbləğin təxminən yarısı dövlət, digər yarısı isə özəl sektora aiddir: "Vergi borclarının alınması üçün vergi orqanları müvafiq tədbirlər görür. Bu tədbirlər nəticəsində biz borcların azalmasına nail olacağıq. Vergi borclarının ödənilməsi ilə bağlı könüllülük səviyyəsi artmaqdadır. Bu gün könüllülük səviyyəsi təxminən 70% civarındadır. Amma vergi orqanlarının xətti ilə büdcə daxilolmalarının təxminən 30%-i borca çevrilir və müvafiq tədbirlər görüldükdən sonra dövlət büdcəsinə ödənilir. Biz çox istərdik bu səviyyə azalsın və könüllü ödəmə səviyyəsi artsın".
S.Ələkbərov bildirib ki, vergiləri hesablamaq və dövlət büdcəsinə ödəmək vergi ödəyicisinin borcudur: "Bunu vergi ödəyicisi özü eləməlidir. Amma bu işlərə nəzarət eləmək vergi orqanlarının vəzifəsidir. Təbii ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da vergidən yayınma halları var. Bununla bağlı vergi orqanları tərəfindən çox ciddi tədbirlər görülür. Təkcə şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması məsələsinə baxsaq, ötən ilin dekabr ayında əvvəlki 11 ayla müqayisədə büdcəyə vergi daxilolmaları iki dəfə çox olub. Burada əsas məqsəd maarifləndirmə işini aparmaq, bizim şou-biznes nümayəndələrini maarifləndirməkdir".
"Kənd təsərrüfatı sahəsinə tətbiq olunan vergi güzəştləri nəticəsində 2 milyard manat vəsait bu sahədə çalışanların sərəncamında qalıb". Bu barədə jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sahəsinin bütün vergilərdən azad olunduğunu xatırladaq S.Ələkbərov qeyd edib ki, burada məqsəd fermerlərin öz fəaliyyətini daha da genişləndirməsinə şərait yaratmaqdır. Nazir müavini digər sahələrə vergi güzəştləri edilməsi məsələsinə də toxunub: "Vergi güzəştləri taktiki bir gedişdir. Bu və ya digər mərhələdə sahibkarların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onlara əlavə imkanlar verir. Bilirsiniz ki, buğda, un və bu məhsullardan hazırlanan məmulatlar ƏDV-dən azad olundu. Başqa azadolmalar da var. Müəyyən mərhələdə bu addımlar atılır. Bütövlükdə biz bir şeyi bilməliyik ki, əgər biz bütün sahələri vergidən azad etsək, onda vergilər haradan daxil olacaq? Bizim həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar? Bu məsələlərə dövlət çox ehtiyatla yanaşır. İnkişafın hansısa mərhələsində bu cür addımlar müvəqqəti xarakter daşıyır".
"2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq. Amma biz bununla bağlı əlavə mənbələr axtarıb tapmışıq. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini qeyd edib ki, qarşıdakı ildə ki, büdcəyə vergi daxilolmaları proqnozlarında neft-qaz sektorundan daxilolmalarda xeyli kəsir olacaq.
"Odur ki ,biz buna ciddi yanaşırıq. Bununla bağlı əlavə mənbələr tapılıb. Hesab edirik ki, büdcənin gəlir hissəsinin təmin olunmasında Vergilər Nazirliyi proqnozları tamamilə yerinə yetirəcək. Biz sahibkarlardan da xahiş edirik ki, onlar bu məsələləri nəzərə alsınlar və büdcəyə ödənilməli olan vergiləri tam həcmdə ödəsinlər. Belə olduğu təqdirdə, bizim heç bir problemimiz olmayacaq", - deyə S. Ələkbərov vurğulayıb.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32