Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşü nəzərdə tutulub.
E.Məmmədyarov, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar memorialını ziyarət edəcək.
***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri başlayıb.
Unikal.org APA-aya istinadən xəbər verir ki, E. Məmmədyarov əvvəlcə gürcüstanlı həmkarı Mixeil Canelidze ile görüşüb. Görüşdə iki ölkə arasında münasibətlər, regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Onun parlamentin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə də görüşü nəzərdə tutulur.
Nazir Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını da ziyarət edəcək.