Telekommunikasiya şirkəti olan "Türk Telekom"da FETÖ təşkilatlanması ilə bağlı əməliyyat keçirilib.
Unikal.org APA-ya istinadən bildirir ki, əməliyyat zamanı şirkətin 53 əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. 89 nəfər vəzifəli şəxsin isə barəsində həbs qərarı verilib.
Qeyd edək ki, FETÖ/PDY təşkilatına qarşı daha əvvəl keçirilmiş əməliyyat zamanı saxlanılan 28 nəfər şübhəli şəxsdən 11 nəfəri FETÖ-ya üzv olduğuna görə həbs olunub, 17 nəfər isə şərti azadlığa buraxılıb.