Rusiyanın aviasiya idarəsi "Rosaviasiya" Türkiyəyə ilk çarter uçuşlarına icazə verib.

Unikal.org Trend-ə istinadən bildirir ki, çarter reyslərini 3 aviakompaniya həyata keçirəcək. İlk reyslər sentyabrın 3-də Rostov-Antalya və Moskva-Antalya marşrutları üzrə təşkil olunacaq.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında çarter reysləri 2015-ci ilin oktyabrında Türkiyə Silahlı Qüvvələrinin Rusiyaya məxsus qırıcını vurmasından sonra bağlanıb.