Amerikalı müğənni ulduz Mariah Kerinin bacısı Alison Keri Nyu-Yokrda polis tərəfindən tutulub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin 55 yaşlı bacısı fahişəlik etdiyinə görə həbs edilib.

Bundan əlavə məlum olub ki, Alisonun porno saytların birində fotolarını yerləşdirib. Bildirilir ki, məşhur müğənninin bacısı həmin şəkilləri saytlarda paylaşaraq seks xidməti təklif edir. 

Alisonun həbs edilməsinin əsas səbəbi QİÇS xəstəliyinin daşıyıcısı olmasıdı və bunu bilərək həmin işi görməsidir. Yəni bilərəkdən insanları xəstəliyə yoluxudurur.

Xatırladaq ki, Mariah və Alison bacıları 1991-ci ildən küsülüdür.