Öldürülənlər Naqeh Salami Burak və Əbu Mühəmməd əl-Adnanidir.
Misir ordusunun pilotsuz təyyarəsi İŞİD-in Sinay yarımadasındakı liderlərindən birini məhv edib.
Unikal.org "Report"a istinadən bildirir ki, bu barədə "Məsr əl-Ərəbiyyə" saytı Misirin güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.
"Pilotsuz təyyarə Rafah şəhərində, əl-Məsurə kəndi yaxınlığında sükanı arxasında döyüşçünün əyləşdiyi avtomobili atəşə tutub. Nəticədə yaraqlı öldürülüb, maşın məhv edilib" - deyə məlumatda deyilir.
Nəşrin məlumatına görə, sonradan məlum olub ki, öldürülən şəxs İŞİD-ə sədaqət andı içmiş terrorçu Naqeh Salami Burakdır.
"BBC"-nin yaydığı məlumata görə isə, daha bir İŞİD fəalı Suriyanın Hələb şəhərində məhv edilib. Bu, terror qruplaşmasının sözçüsüsü Əbu Mühəmməd əl-Adnanidir. Onun öldürülməsi xəbərini terrorçulara məxsus kütləvi informasiya vasitələri də təsdiqləyiblər.