Bir neçə günlük səssizlikdən sonra xəstəxanaya yerləşdirilən prezident İslam Kərimovun vəziyyəti ilə bağlı rəsmi məlumat yayılıb.

Unikal.org-un AzVision.az-a istinadən verdiyi xəbərə görə, Daşkənd meriyasının yaydığı məlumatda İslam Kərimovun sağ olduğu vurğulanıb.

Bu gün paytaxtda yerləşən idarələrin rəhbərləri ilə görüşü zamanı Daşkənd meri Rahmonbek Usmanov bəyan edib ki, insult keçirən İslam Kərimovun vəziyyəti sabitləşib. O, prezidentin yataqdan ayağa qalxdığını bəyan edib.

Qeyd edək ki, bir sıra KİV orqanlarında İslam Kərimovun dünyasını dəyişməsi haqda məlumatlar yayılmışdı.