İş dünyasının tanınmış simaları Selma Çilek və Sinan Çiftçinin toy mərasimi böyük səs-küyə səbəb olmuşdu.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, mərasimə Kənan İmirzalıoğlu, Sinem Kobal, Neslişah Alkoçlar, Aslışah Alkoçlar, Ceylan Çapa, Merve Boluğur, Nur Yerlitaş və Özge Ulusoy kimi tanınmış simalar qatılıblar.
Məşhur simalar arasında Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da iştirak edib. K.İbrahimova aktrisa Merve Boluğur, bloqer İlkem Öztürklə şəkillər çəkdirib.
Qeyd edək ki, K.İbrahimova "DeCamie" moda evinin sahibəsidir.
"Çilek" mebel brendinin sahibi Nilgün-Mustafa Çilekin qızı Sema Çilek tanınmış modelyerdir. Kəmalə və Sema uzun müddətdir dostluq edirlər.