"Birləşdirilən kolleclərdə ixtisar gözlənilmir" - RƏSMİ
12:38 12-02-2016
CƏMİYYƏT
Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq eyni və oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb.
Lent.az-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin tabeliyində 45 kollec fəaliyyət göstərir. Bu kolleclərin ancaq 14-də bu proses gedib. C. Valehov əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalıb, müəllim ixtisarı gözlənilmir : "Yəni qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb".
Qeyd edək ki, qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18