Baş nazir referendum olmayacağını bildirdi.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı keçirilən referendumdan başqa ikinci bir səsvermə olmayacaq: "Baş nazir referendumdan sonra təkrar seçkilərin keçirilməyəcəyini elan etmişdi. Növbədənkənar seçkilərə ehtiyac yoxdur.
Qeyd edək ki, Böyük Britaniyanın AB-dən çıxmasını dəstəkləyən referendumun nəticəsindən sonra AB-də qalmaq üçün yeni səsvermə keçirmək məsələsi gündəmə gəlmişdi.