Masallıda intihar hadisəsi baş verib.

Unikal.org bildirir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Qismət Qasımov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.