Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Məlumata görə, siyahıya Krım hökumətinin 8 naziri, həmçinin Federal Təhlükəsizlik Xidmətinin və İstintaq Komitəsinin Krım üzrə idarələrin rəhbərləri daxil edilib
Siyahıya həmçinin Donetsk və Luqansk separatçı "respublikalarının rəhbər şəxsləri və rusiyalı diplomat Georgi Muradov daxil edilib.
Bundan başqa, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın "Qazprom holdinqinin bir neçə törəmə şirkətinə qarşı sanksiya tətbiq edib.