Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında Bakı şəhər sakini Ramazan Hüseynovu elektrik cərayanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.