Səlim Müslümov tapşırıqlar verdi
12:54 13-02-2016
CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fevralın 12-də Saatlı rayonunda Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, vətəndaşlar məşğulluğun təminatı, müvafiq kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil, reabilitasiya vasitələri ilə təmin olunması, müalicəyə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığına cəlb edilmə və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciətlərin bir qismində əksini tapan məsələlər elə qəbul zamanı həllini tapıb və S.Müslümovun tapşırığına əsasən, bir sıra vətəndaşlara yaşadıqları rayon və şəhərdə vakant iş yerlərinə göndərişlər verilib.
Nazir tərəfindən müraciətlərinə uyğun olaraq bir nəfər əlilliyi olan şəxsə əlil arabasının, bir nəfərə eşitmə aparatının verilməsi, ayrı-ayrı vətəndaşların nazirliyin bərpa-müalicə müəssisələrində müalicəyə qəbul olunması tapşırılıb. Vətəndaşlardan bir qisminin ailələrinin ünvanlı dövlət sosial yardım almaq hüquqlarının müəyyən edilməsi barədə də aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəbul zamanı sosial cəhətdən həssas qruplardan olan insanlar onların sosial müdafiəsinin təmin olunması, maddi təminatlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin ildən-ilə daha da gücləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Hüseyn
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42