Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb.

Unikal.org APA-ya istinadən məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub.
Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub.
Hazırda xilasetmə əməliyyatı davam etdirilir.