Türkiyə Hərbi Hava Qüvvələri məşhur iş adamına görə, F-16 təyyarələrini havaya qaldırdı.
Unikal.org xəbər verir ki, dünən Avşa adasında Hava Trafik İdarə Mərkəzinə hesabat vermədən qalxan vertolyot İstanbulu həyəcana bürüyüb. Vertolyotu havaya qaldıran məşhur iş adamı Əli Ağaoğlunun aid ortaya çıxdı.
Əli Ağaoğlunun aid vertolyot havada qısa davamlı çaxnaşmaya səbəb oldu. Dünən 17.15 sıralarında Sabiha Gökçen Havalımanına hesabat vermədən Avşa adasında uçuşa cəhd edən TC-HCM nömrəli qeydiyyatdan keçmiş Bell 430 tipli vertolyot Hava Trafik İdarə Mərkəzi tərəfindən tanımlanamaması səbəbindən F-16 təyyarələr havaya qalxıb.
Balıkəsirdə qalxan 2 ədəd F-16 təyyarəsi qısa müddətdə vertolyotun uçduğu əraziyə gələrək pilotla təmas qurdu. Vertolyot dərhal geri qaytarılaraq hava limanına endirilib.