Meklenburq-Ön Pomeraniya federal torpaqlarında keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı üçüncü yeri tutub.

Unikal.org azertag-a istinadən xəbər verir ki, Angela Merkelin partiyası seçicilərin cəmi 19 faizinin səsini toplaya bilib.

Seçkilərin nəticəsinə görə, ikinci yerdə 20,8 faiz səs toplayan sağçı "Almaniya üçün alternativ partiyası gəlir. Sosial-Demokratik Partiyası isə əhalinin 30,6 faizinin etimadını qazanaraq lider mövqeyinə yüksəlib.

Ekspertlər Angela Merkelin başçılıq etdiyi partiyanın məğlubiyyətini kanslerin miqrasiya siyasəti ilə bağlayırlar. Sosioloji sorğuların son nəticələrinə əsasən, Almaniya əhalisinin təxminən yarısı onu kansler postunda görmək istəmir. BBC telekanalının fikrincə, regional seçkilərin nəticələri 2017-ci ildə keçiriləcək ümumi seçkilərdə Merkelin dördüncü müddətə seçilmək şanslarına təsir göstərə bilər.