"Çoxları qiyabi və ya ali məktəbə getmədən diplom əldə etmiş adamlardır"
Şənbə günü Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı çıxış edən prezident İlham Əliyev icra başçılarına xitab edərək deyib: "Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir .
Politoloq Qabil Hüseyinli Unikal.org-a açıqlmasında bildirib ki, bu ölkə prezidenti tərəfindən irəli sürülmüş çox dügün bir tələbdir: İlham Əliyev uzun müddətdir bu fikirləri səsləndirir ki, "gedin xarici öyrənin və ölkəmizdə tətbiq edin. Ancaq hesab edirəm ki, yerlərdəki kadrların əksəriyyəti bu tələbi yerinə yetirmək qabiliyyətində deyil. Bunların dil bilikləri yoxdur. İçərilərində nəinki rus, Azərbaycan dilini bilənlər yoxdur. Azərbaycanı intellekt, savad, bilik, vətən sevgisi xilas edəcək. Ölkə başçısının dediyi kadrlar xalq xidmət etməyi özünə şərəf borcu bilən insanlar olmalıdır. Belə kadrlar xarici öyrənib gəlib burada tətbiq edib inkişafa töhvə verə bilərlər.
Həsən Babayev