Dövlət komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN
17:36 16-02-2016
CƏMİYYƏT
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nın tətbiq edilməsi haqqında" fərmanda dəyişiklik edib.
Unikal.org AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliklə fərmanın 2-ci hissəsi ləğv olunub. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası"nda aşağıdakı dəyişikliklər edilib: 1.2-ci bənddə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK)" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK)" sözləri ilə əvəz edilsin;
2.2. 4.1-ci, 4.2-ci, 5.6-cı, 7.1-ci, 8.6-cı və 8.8-ci bəndlərdə ismin müvafiq hallarında "DTXK" abreviaturası ismin müvafiq hallarında "ƏMDK" abreviaturası ilə əvəz edilsin;
2.3. 4.2-ci bənddə (hər iki halda) "rayon, şəhər şöbəsi" sözləri "ərazi bölməsi" sözləri ilə əvəz edilsin;
2.4. 5.6-cı bənddə (hər iki halda) "rayon (şəhər) şöbəsinin" sözləri "ərazi bölməsinin" sözləri ilə əvəz edilsin;
2.5. 5.7-ci bənddə "DTXK-nın sədri tərəfindən imzalanır və DTXK-nın möhürü ilə təsdiq edilir" sözləri "ƏMDK-nın sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən imzalanaraq, ƏMDK-nın və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN) möhürləri ilə təsdiq olunur" sözləri ilə əvəz edilsin;
2.6. 8.2-ci və 8.3-cü bəndlərdə "DTXK" abreviaturası "ƏMDK və ETSN" abreviaturaları ilə əvəz edilsin.
Digər Xəbərlər
2025-01-11 15:49:09
2025-01-11 15:40:57
2025-01-11 15:32:08
2025-01-11 15:18:55
2025-01-11 14:02:11
2025-01-11 13:00:03
2025-01-11 12:30:00
2025-01-11 12:27:00
2025-01-11 11:59:01
2025-01-11 11:38:41
2025-01-11 11:37:07
2025-01-11 10:35:05
2025-01-11 10:12:41
2025-01-11 09:54:26
2025-01-10 21:33:50
2025-01-10 19:30:38
2025-01-10 19:07:37
2025-01-10 18:38:43
2025-01-10 18:13:19
2025-01-10 17:57:00