ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşməyəcək.
"Prezident Obama Filippin rəhbəri Duterte ilə ikitərəfli görüş keçirməyəcək. Sentyabrın 6-sı, günün ikinci yarısında dövlət başçısı Cənubi Koreyanın prezidenti Pak Kın He ilə danışıqlar aparacaq, deyə N.Prays bildirib.
Qeyd edək ki, Filippin prezidenti ötən gün Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib.
Bundan əvvəl Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilməhallarını pisləmişdi. ABŞ və Filippinin dövlət başçıları Laosda keçiriləcək ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edəcəklər.