Ünvanlı yardımın verilməsi qaydaları dəyişdi - Nazirlik işçilərini təlimatlandırdı
13:38 17-02-2016
CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın tətbiqi məsələləri ilə əlaqədar muvafiq sahədə çalışan əməkdaşlar üçün təlim-seminara başlanılıb.
Tədbirdə əmək və əhalinin sosial mudafiəsi nazirinin muavini İlqar Rəhimov, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında Dхvlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov iştirak ediblər. Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı təsdiq edilən yeni Qaydalar bu yardımın alınması üçün vətəndaşlara elektron şəkildə müraciət etmək imkanı verir. Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemininin avtomatlaşdırılmış icra mexanizminin yaradılması üçün mükəmməl proqram təminatları əsasında Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Təsdiq olunmuş yeni Qaydalara əsasən, ailələri təmsil edən şəxslərin ünvanlı dövlət sosial yardımının alınması üçün e-müraciətləri də VEMTAS tərəfindən qəbul ediləcək. Müraciətlərə baxılması üçün ailələrə dair məlumatlar "Elektron hökumət" portalı üzərindən aidiyyəti qurumların informasiya resurslarından elektron qaydada əldə ediləcək və məlumatlar ümumiləşdirilərək təhlil olunduqdan sonra sosial yardımların təyinatı da avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək.
Qeyd olunub ki, bu təlim-seminarda da məqsəd rayon (şəhər) ƏSMM-lərinin muvafiq əməkdaşlarının yeni Qaydaların tətbiqi ilə bağlı bilik səviyyələrinin artırılması, onlarda praktik bacarıqların formalaşmasıdır.
Təlim-seminarda E.Məcidov VEMTAS-ın proqram təminatları, vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımın alınması üçün rayon (şəhər) ƏSMM-lərinə təqdim etdikləri məlumatların VEMTAS-a daxil edilməsi prosedurları barədə iştirakçılara geniş praktik izahatlar verib. E.Məcidov həmçinin ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin real vaxt rejimində VEMTAS-a oturulması qaydasından bəhs edib. Daha sonra test tapşırıqlar əsasında iştirakçıların bilik və bacarıq səviyyələrinin yoxlanılması işləri aparılıb.
Tədbir çərçivəsində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin real vaxt rejimində VEMTAS-a oturulməsi ucun rayon (şəhər) ƏSMM-lərinin işciləri xüsusi komputer avadanlıqları (planşetlərlə) təmin olunublar.
Digər Xəbərlər
2024-11-28 16:54:59
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48