ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər.

 

Bundan əvvəl Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays görüşün baş tutmayacağını bildirmişdi.

 

Çində keçirilən "G-20 sammitində Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib, sonra isə üzr istəmişdi.