Roma papası Fransisk Meksikada xoşagəlməz insidentlə üzləşib.
Unikal.org APA TV-yə istinadən məlumatına görə, papanın Morella şəhərinin sakinləri ilə görüşündə dindarlardan biri onu əlil şəxsin üstünə yıxıb. Roma papası kütləyə yaxınlaşarkən, dindarlardan biri onun mantiyasının qolundan tutub və özünə tərəf çəkib.
Nəticədə Fransisk müvazinətini itirib və az qala bütün bədəni ilə qarşısındakı əlil arabasının üstünə düşüb. Roma katolik kilsəsi rəhbərinin köməkçiləri papanı tuta biliblər.
Papa üstünə yıxıldığı əlilin alnından öpüb. Amma fanat Fransiskin mantiyasının buraxmayıb və yenidən özünə tərəf dartmağa başlayıb. Nəticədə Fransusk ikinci dəfə yıxılıb.
Bu davranış pontifiki əsəbiləşdirib. O, hadisəni törədən şəxsə bir neçə dəfə ispanca “Eqoist olma!” deyib.