Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Unikal.org xəbər verir ki, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcburetmə tədbirləri ola bilməz.

"Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər", - deyə müraciətdə qeyd olunub.