"Milan"ın hücumçusu Noa Okafor karyerasını İngiltərədə davam etdirəcək.

"Unikal" xəbər verir ki, 25 yaşlı forvard "Lids Yunayted"ə transfer olunub.

Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. Sözügedən oyunçu 4 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, "Lids" çempionatın ilk turunda "Everton"la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.