İtaliyanın “Milan” komandasının futbolçusu Noa Okafor karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

"Unikal" xəbər verir ki, 25 yaşlı vinger “Lids”ə keçib. Onunla 4 illik müqavilə imzalanıb.

Bu keçid Premyer Liqa klubuna 19 milyon avroya başa gəlib.