Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Administrasiyada çıxışı zamanı deyib.
"Bizim məlumatımız olmadan yaradılan Türkiyə, yaxud türk adında olan qurumlar qadağan edilməlidir. Bu ünvanların qadağan edilməsini tələb etməliyik. Bunların vasitəsilə bizə qarşı oyun qurmaq istəyirlər. Mən millətimin fərasətinə inanıram. O fərasət 15 iyul gecəsi özünü göstərdi, - Ərdoğan bildirib.