Bakıda iki məktəbli itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova öz facebook səhifəsində yazıb.
"Bu 2 uşaq dünən dərsədən çıxıb bir daha geri dönməyiblər. Hər ikisinin 11 yaşı var. 32 №-li məktəbin şagirdləridirlər (Qara Qarayev metrosu tərəfdə) Birinin adı Şamil, digərinin İsmayıl. Şamilin əynində qara kurtka, göy şalvar, ağ krassovka olub. İsmayılın əynində göy şalvar, bordovıy kurtka və şabalıdı botinka olub.
Əgər kimsə görübsə əlaqə saxlasın və xəbər versin!
(050) 527-11-80 Ekaterina xanım -Şamilin anası
(055) 935-82-60 Viktoriya xanım İsmayılın anası..
Lütfən, etinasız qalmayın. Analar polisə məlumat verib, amma hələlik "onları gördüm"-deyən yoxdu ( Paylaşın. Bəlkə kimsə görüb və ya nəsə bir işıq ucu var.
P.S, Bu dəqiqə özüm uşqların anaları ilə danışdım. Viktoriya xanım dedi ki, "polisdəyik, kameralara baxırıq. onlar Neftçilər tərəfə gedib. Başqa bildiyimiz heç nə yoxdu""-deyə xəbərdə bildirir.