Türkiyənin ən məşhur ilahiyyatçılarından biri Nihat Hatipoğlu ölüm qorxusundan qurtulmağın yolu ilə bağlı sualı cavablayanda FETÖ-nün iyulun 15-dəki hərbi çevriliş cəhdi məsələsinə də toxunub.
Unikal.org DHA-ya istinadən bildirir ki, ilahiyyatçının sözlərinə görə, mömin insan ölüm qorxusuna qalib gəlməli deyil: o, özünü ölümə hazırlamalıdır: "Ölüm qorxusunu məğlub etməyin yolu ölümü üstələməkdir. Bu yol da təslimiyyətdir, ölümə hazır olmaqdır, namaz qılmaqdır, mərhəmət etməkdir, qarışqanı belə, incitməməkdir. Amma gerçəkdən də, qarışqanı incitməməlisən, qarışqa yuvasını dağıtmamalısan. İnsanları tanklarla ikiyə bölməməkdir. Şəhid olmuş bir insanın önündə 3 qurtum suyu içəndə "Mən sünnəti tətbiq edirəm" deyəcək qədər vəhşiləşməməkdir".
Daha sonra o, Fətullah Gülənə işarə vuraraq söyləyib: "Belə insanlar ölümə əbədiyyən qalib gələ bilməzlər, çünki ölüm onların əzaba qovuşması üçün nərdivan olacaq. Təmiz, ixlaslı, səmimi olmalısan. Amma sözdə yox, gerçəkdə".