Evli bir cütlük tərəfindən qaçırılaraq yeddi il ərzində bir tabutun içində saxlanılan Colleen Stan'in yaşadığı işgəncə dolu illər senariləşdirilərək ağ pərdəyə köçürüldü.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında 1977-ci ildə Cameron və Janice Hooker tərəfindən qaçırılan 20 yaşındakı Colleen Stan, yeddi il ərzində bir tabutda tutularaq işgəncəyə və təcavüzə məruz qaldı. Gənc qadının yaşadıqları "Girl in the Box" filmiylə ağ pərdəyə köçürüldü.

Hooker cütlüyü, yolun kənarında gördükləri Stan'i avtomobillərinə alaraq qaçırmış, əllərindəki bıçaqla təhdid edərək gənc qadının ağzını skoçlayıb, əl və ayaqlarını bağlamışdılar. 

People jurnalına danışan Stan, qaçırıldığı anda Hooker cütlüyünün onu öldürəcəyini düşündüyünü ifadə etmişdi.

Qaçırdıqları qadını Kaliforniyadakı evlərinə gətirərək, yataqlarının altında saxladıqları taxta bir tabut içində yeddi il ərzində saxlayan evli cütlük, gənc qadına illərlə işgəncə və təcavüz etmişdilər. Stan'in ifadəsinə görə, gənc qadın gündə üç saat tabutun içində qalırdı və yalnız işgəncə etmək istədiklərində çölə çıxmasına icazə verirdilər.
Yedi sene boyunca bir tabutun içinde tutularak işkence gördü!